...

“Taliban” hərbçilərə hücum etdi - 11 ölü

Dünya xəbərləri Materials 6 Sentyabr 2018 13:24 (UTC +04:00)
Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində “Taliban” radikal hərəkatının silahlıları hərbçilərə hücum edib
“Taliban” hərbçilərə hücum etdi - 11 ölü

Bakı. Trend:

Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində “Taliban” radikal hərəkatının silahlıları hərbçilərə hücum edib.

Trend-in məlumatına görə, hücum nəticəsində azı 11 hərbçi həlak olub.

Qeyd olunur ki, silahlılar gecə saatlarında nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hücumun qarşısını yalnız əlavə qüvvələr cəlb olunduqdan sonra almaq mümkün olub.

“Taliban” silahlılarının böyük itki verdikləri deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti