...

Yunanıstan sahilərində zəlzələdən sonra sunami baş verib

Dünya xəbərləri Materials 26 Oktyabr 2018 05:42 (UTC +04:00)
İonik dənizində, Yunanıstan sahillərində zəlzələdən sonra sunami baş verib
Yunanıstan sahilərində zəlzələdən sonra sunami baş verib

Bakı. Trend:

İonik dənizində, Yunanıstan sahillərində zəlzələdən sonra sunami baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, sunaminin hündürlüyü 20 santimetr təşkil edib.

Bundan əlavə Mərkəzdən bildiriblər ki, zəlzələ və sunami nəticəsində heç bir dağıntının olacağı gözlənilmir.

Xatırladaq ki, bir neçə saat əvvəl İonik dənizində, Yunanıstan sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Afina şəhərindən 282 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti