...

Meksikada "Uilla" qasırğası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib

Dünya xəbərləri Materials 26 Oktyabr 2018 08:38 (UTC +04:00)
Meksika höküməti "Uilla" qasırğası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib
Meksikada "Uilla" qasırğası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib

Bakı. Trend:

Meksika höküməti "Uilla" qasırğası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Meksikanın Daxili İşlrə Nazirliyinin kommünikesində deyilir.

Kommünikedə bildirilir: "Respublika höküməti bərpa mərhələsini başlamaq üçün fövqəladə vəziyyət mərhələsinin dayandırılmasını elan edir və təbii fəlakətdən zərər çəkmiş əhalinin müdafiəsi üzrə öz öhdəliyini vurğulayır".

DİN qeyd edir ki, Sinaloa və Nayarit ştatlarında infrastruktura, əhali və əlaqə üçün baza xidmətlərə ziyan dəyib, lakin ən əsası - təbii fəlakət nəticəsində ölən və yaralanan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti