...

Səudiyyə Ərəbistanının Baş prokuroru Türkiyəyə gəldi - NİYƏ?

Dünya xəbərləri Materials 29 Oktyabr 2018 12:38 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Baş prokuroru Suud Muceb Türkiyəyə gəlib.
Səudiyyə Ərəbistanının Baş prokuroru Türkiyəyə gəldi - NİYƏ?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Səudiyyə Ərəbistanının Baş prokuroru Suud Muceb Türkiyəyə gəlib. Trend-in məlumatına görə, o, səudiyyəli jurnalist Camal Xaşqucinin ölüm faktının araşdırılması üçün Türkiyədədir.

Onun bu gün Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğu ziyarət edəcəyi bildirlir.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti