Bakı. Trend:
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan bəyan edib ki, onu narkotik qəbulunda ittiham edən saytlardan birini məhkəməyə verməyə hazırlaşır.
Trend-in məlumatına görə, bundan əvvəl "politik.am" saytı öz mənbəsinə istinadən T.Avinyanın iş vaxtı hökumət binasında dostları ilə birgə marixuana çəkdiyini bildirib.
Baş nazirin müavini "Facebook" səhifəsində yazıb ki, məlumatın təkzib olunması ilə kifayətlənməyəcək, qarşı tərəfdən kompensasiya da tələb edəcək.