...

Ərdoğan: Xaşkacinin öldürülməsi əmri Səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib

Dünya xəbərləri Materials 3 Noyabr 2018 01:15 (UTC +04:00)
Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi əmri Səudiyyə Ərəbistanı hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib
Ərdoğan: Xaşkacinin öldürülməsi əmri Səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib

Bakı. Əli Qasımov - Trend:

Səudiyyəli jurnalist Camal Xaşkacinin öldürülməsi əmri Səudiyyə Ərəbistanı hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Washington Post" qəzeti üçün yazdığı məqaləsində deyilir.

Qətlin ehtimal olunan sifarişçilərdən danışan Türkiyə prezidenti vurğulayıb ki, Camal Xaşkacinin öldürülməsi barədə əmrin kral Salman tərəfindən verildiyini qəti şəkildə istisna edir.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin səyləri sayəsində bütün dünya C.Xaşkacinin "killer komandası" tərəfindən soyuqqanlılıqla öldürüldüyünü bildi: "Biz bilirik ki, cinayətin icraçıları Səudiyyə Ərəbistanında saxlanılan 18 şəxsin arasındadırlar. Biz həmçinin bilirik ki, C.Xaşkacinin öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib".

Ərdoğan öz məqaləsində jurnalistin qətlinin ətrafındakı vəziyyətlə bağlı Ər-Riyadın davranışını da tənqid edib: "Səudiyyə hakimiyyətinin hərəkətləri üzücüdür, onlar ədalətə xidmət etmək əvəzinə hadisəni ört-basdır etməyə cəhd edirlər".

T.Ərdoğan vurğulayıb ki, Ankara və Ər-Riyad arasındakı çoxillik dostluq Türkiyənin C.Xaşkacinin qəsdən öldürülməsinə göz yumacağı demək deyil.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti