...

Əfqanıstanda "Taliban" yenə coşdu - Onlarla ölü

Dünya xəbərləri Materials 5 Noyabr 2018 13:32 (UTC +04:00)
Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində təhlükəsizlik qüvvələri ilə “Taliban” silahlıları arasında toqquşma baş verib
Əfqanıstanda "Taliban" yenə coşdu - Onlarla ölü

Bakı. Trend:

Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində təhlükəsizlik qüvvələri ilə “Taliban” silahlıları arasında toqquşma baş verib.

Trend-in məlumatına, eyni zamanda iki bölgədə qeydə alınmış toqquşmalar nəticəsində 13 polis və hərbçi həlak olub.

Hoqyani dairəsində 8 hərbçi həlak olub, daha 3 nəfər isə yaralanıb. Malistan dairəsində isə 5 polis əməkdaşı hücumun qurbanı olub.

Təhlükəsizlik qüvvələri onlarla silahlının məhv edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti