Bakı. Trend:
Sakit okeanda, Solomon adaları sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kirakira kəndindən (San-Kristobal adasının ən böyük yaşayış məntəqəsi) 162 kilometr qərbdə, ocağı isə 33 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməib.