...

Kəraçidə Çin konsulluğu yaxınlığında atışma: 2 polis ölüb

Dünya xəbərləri Materials 23 Noyabr 2018 09:59 (UTC +04:00)
Pakistanın Kəraçi şəhərində Çin konsulluğunun yaxınlığında atışma olub, əl qumbarası partladılıb.
Kəraçidə Çin konsulluğu yaxınlığında atışma: 2 polis ölüb

Bakı. Trend:

Pakistanın Kəraçi şəhərində Çin konsulluğunun yaxınlığında atışma olub, əl qumbarası partladılıb.

Trend-in məlumatına görə, şahidlər silahlı hücumda ən azı 3 nəfərin iştirak etdiyini bildirib. Diplomatik missiyaya məxsus binanın mühafizəçiləri naməlum şəxslərlə atışıb.

Hadisə yerinə polis qüvvələri və xüsusi təyinatlılar göndərilib.

Geo TV-nin məlumatına əsasən, atışmada iki polis əməkdaşı ölüb, biri xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti