Bakı. Tural Turan - Trend:
Röya Rəhmani Əfqanıstanın ABŞ-da səfiri təyin edilib. Trend-in məlumatına görə, o bu vəzifəyə təyin olunan ilk qadın olub.
Rəhmani daha əvvəl ölkənin İndoneziyadakı səfiri olaraq çalışıb.
“Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir. İndoneziyada xidməti zamanı uğurlara imza atıb”, - ölkə Prezidentinin rəsmi nümayəndəsi Harun Cahansuri deyib.
Xatırladaq ki, daha əvvəl bu vəzifədə Həmdullah Mohib çalışıb. Bu ilin avqust ayında isə Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.