...

İran MDB Dəmiryolları Birliyinə üzv oldu

Dünya xəbərləri Materials 16 Dekabr 2018 05:41 (UTC +04:00)

Elnur Bağışov

İranın Dəmir Yolları Şirkəti MDB ölkələri dəmiryolları birliyinin üzvü olub.

Trend-in məlumatına görə, bunu İranın Dəmir Yolları Şirkətinin ticarət məsələləri üzrə direktor müavini Babək Əhmədi deyib.

Onun sözlərinə görə, sanksiyaların dəmir yolları sektoruna təsiri minimal həddədir: "Son sanksiyalarda ən stabil sahə dəmiryol sahəsi olub. Özəl şirkətlərin iştirakı ilə yaxşı proqramlar icra olunur".

Əhmədi əlavə edib ki, İran İslam Respublikası Dəmir Yolları Şirkəti təzəlikcə MDB Dəmir Yolları Birliyinə üzv olub: "Rus vaqonlarının problemlərinə gəldikdə, gələn bir neçə ayda beynəlxalq sahədə yük nəqli üçün tam şəkildə İran vaqonlarından istifadə olunacaq.MDB-də yük daşınması üçün yük maşınları münasib vasitə deyil. Bu birlikdə yük nəqli dəmir yoluna əsasəndir. Elə buna görə, yüklərin dəmir yol şəbəkəsinə köçürülməsinə çalışmaq lazımdır”, –deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti