...

Süni intellektlə təchiz olunmuş ekskursiya avtobusları Şanxayda xəttə buraxılıb

Dünya xəbərləri Materials 21 Dekabr 2018 23:16 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Süni intellektlə təchiz olunmuş ikimərtəbəli ekskursiya avtobusları yoxlanılması üçün Şanxayda xəttə buraxılıb.

Trend-in məlumatına görə, Baidu internet axtarış sistemi və turist şirkətlərindən biri tərəfindən tərtib olunan yeni avtobuslar süni intellekt vasitəsilə ekskursiyaları daha da rahatlaşdırmaq üçün nəzərdə tutulub.

Bilet tələb olunmadan turistlər üzün tanınması prosedurundan keçərək turistlər avtobus minə bilər. Avtobusda naqilsiz elektron tərcüməçilər turistlərə təqdim olunur. Bu cihazlar vasitəsilə turistlər lazımi məlumatı əldə edə bilər. Elektron tərcüməçilər ingilis, yapon, Koreya, tay, rus, ispan, alman və ərəb dillərində çalışır.

Hazırda ekskursiya avtobusları üçün 2 marşrut yolu açılıb. Bu marşrutlar Şanxayın məşhur gəzməli-görməli yerlərinin əksəriyyətini əhatə edir.

2019-cu ilin yanvarında daha 10 ekskursiya avtobusa istifadəyə veriləcək, ilin sonuna qədər isə daha 10 avtobus istismara hazır olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti