Bakı. Trend:
Somalinin paytaxtı Moqadişuda prezident sarayında baş verən partlayışda ölənlərin sayı 16-a çatıb.
Trend-in məlumatına görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində daha əvvəl 6 nəfərin öldüyü, 13 nəfərin yaralandığı xəbər verilmişdi.
Terror aktına görə məsuliyyəti "Əş-Şabab" radikal qruplaşması öz üzərinə götürüb.