...

Təxminən 300 min qaçqın Türkiyədən Suriyaya qayıdıb

Dünya xəbərləri Materials 23 Dekabr 2018 00:18 (UTC +04:00)

Bakı. Trend:

Suriyaya "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarından sonra Türkiyədən 300 minə yaxın qaçqın qayıdıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, keçmişdə Türkiyə miqrantların təyinat nöqtəsi olub, amma indi həmçinin onların tranzit nöqtəsinə çevrilib.

Nazir qeyd edib ki, 2018-ci ilin əvvəlindən Türkiyədə 251794 qeyri-leqal miqrant saxlanılıb. Bu isə ötən illə müqayisədə 56 faiz çoxdur: "Hazırda Türkiyədə 4,5 milyon qaçqın var".

Xəbər lenti

Xəbər lenti