...

Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq

Dünya xəbərləri Materials 25 Dekabr 2018 16:38 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqtonun Tehrana qarşı sanksiyaları İranda həyat səviyyəsinə mənfi təsir göstərsə də, ABŞ məqsədinə çata bilməyəcək.

Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bəyan edib.

H.Ruhani bildirib ki, İran hökuməti parlamentin, xalqın və ali liderin dəstəyi ilə çətinliklərin öhdəsindən gələcək: "Birləşmiş Ştatlar isə məğlubiyyətə düçar olacaq".

Prezident əlavə edib ki, ABŞ-ın əsas məqsədi İranı diz çökdürməkdir: "Birləşmiş Ştatların məhdudlaşdırıcı tədbirləri beynəlxalq razılaşmaları pozur və birbaşa İran xalqına, regionun əhalisinə və beynəlxalq təşkilatlara qarşı yönəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti