...

İtaliyada Etna vulkanı aktivləşdi - 150 dəfə püskürdü

Dünya xəbərləri Materials 25 Dekabr 2018 11:46 (UTC +04:00)
İtaliyanın Siciliya adasında Etna vulkanı aktivləşib
İtaliyada Etna vulkanı aktivləşdi - 150 dəfə püskürdü

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya adasında Etna vulkanı aktivləşib.

Trend-in məlumatına görə, vulkan 24 saat ərzində 150 dəfə püskürüb.

Püskürmə ilə əlaqədar Messina-Sirakuza dəmir yolu bağlanıb.

Bundan başqa, qatı toz və kül dumanı ilə əlaqədar Kataniya şəhərinin aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava limanının bu gün açılacağı sual altındadır.

Etna vulkanında aktivliyin davam etdiyi deyilir. Sutka ərzində ən şiddətli püskürmə 4 bal gücündə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti