Bakı. Trend:
ABŞ hökümətinin nümayəndə heyəti yanvar ayının ilk yarısında Pekinə səfər edəcək.
Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumaat görə, səfərin məqsədi Çin tərəfi ilə ticarət danışıqları aparmaqdır.
Məlumata əsasən, ABŞ nümayəndə heyətinin səfəri yanvar ayının 7-si başlayan həftədə baş tutacaq.
ABŞ nümayəndə heyətinə ticarət danışıqlarında ABŞ nümayəndəsinin müavini Ceffri Gerriş başçılıq edəcək.