...

Əfqanıstanda posta hücum olub, 5 hərbçi ölüb

Dünya xəbərləri Materials 2 Yanvar 2019 15:58 (UTC +04:00)
Əfqanıstanda hərbi posta hücum olub.
Əfqanıstanda posta hücum olub, 5 hərbçi ölüb

Bakı. Trend:

Əfqanıstanda hərbi posta hücum olub.

Trend-in məlumatına görə, Taliban silahlıları ölkənin cənubundakı Qəndahər vilayətində postu partladıblar. Hadisə nəticəsində 5 hərbçinin öldüyü bildirilir.

Korpus komandirinin sözlərinə görə, silahlılar italyan əsgərlərini öldürməyə çalışıblar, lakin onlar hadisə yerindən heç bir xəsarət almadan qaça biliblər.

Hazırda NATO-nun tərkibində Əfqanıstanda 895 İtaliya hərbçisinin xidmət etdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti