...

İstanbulda təyyarələr də durdu - Qara görə

Dünya xəbərləri Materials 7 Yanvar 2019 10:17 (UTC +04:00)
İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.
İstanbulda təyyarələr də durdu - Qara görə

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə "Türkiyə Hava Yolları"nın saytı xəbərdarlıq edib. Bildirilir ki, avaireyslərin təxirə salınmasına səbəb hazırda burada müşahidə olunan güclü qar yağmasıdır.

Qeyd edək ki, əsasən Atatürk hava limanında avireyslər təxirə düşüb.

Daxili avireyslərdən İstanbul-Sinop, İstanbul-Antalya və İstanbul-Qaziantep, beynəlxalq aviareyslərdən isə İstanbul-Saloniki, İstanbul-Kişinyov, İstanbul-Xarkov, İstanbul-Odessa, İstanbul-Belqrad təxirə düşüb.

Xatırladaq ki, sonuncu dəfə İstanbulda aviareyslər bu ilin yanvarın 4-də dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti