...

Almaniya aeroportlarında TƏTİL - Yüzlərlə reys təxirə salınıb

Dünya xəbərləri Materials 10 Yanvar 2019 11:35 (UTC +04:00)
Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb
Almaniya aeroportlarında TƏTİL - Yüzlərlə reys təxirə salınıb

Bakı. Trend:

Almaniyanın bir neçə hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının tətili ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, tətillər Ştutqart, Düsseldorf və Köln aeroportlarında başlayıb.

Qeyd olunur ki, Düsseldorfda 350, Kölndə 130 reys təxirə salınıb. Ştutqartda isə 500-ə yaxın reysin ləngiyəcəyi bildirilir.

Bildirilir ki, tətil bu gün gecəyarısınadək davam edəcək və ümumilikdə 110 minə yaxın sərnişinə təsir edəcək.

Tətil keçirən təhlükəsizlik əməkdaşlarının tələbi əməkhaqqının artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti