...

Tonqa adaları sahillərində 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 Yanvar 2019 07:14 (UTC +04:00)

Bakı. Trend:

Sakit okeanda, Tonqa adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 00:52-də qeydə alınan yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 97 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti

Xəbər lenti