...

İstanbulda tərsanə yanıb, ölənlər var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Yanvar 2019 20:48 (UTC +04:00)
İstanbulda Tuzla rayonunda tərsanələrin birində yanğın baş verib.
İstanbulda tərsanə yanıb, ölənlər var (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Tuzla rayonunda tərsanədə baş verən yanğın zamanı 2 nəfər ölüb, 11 yaralı var.

Trend-in məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

X X X

16:21

İstanbulda Tuzla rayonunda tərsanələrin birində yanğın baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib, yanğının qarşısının alınması üçün iş aparılır.

İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Qeyd edək ki, səhər saatlarında da İstanbulda alkoqollu içkilərin istehsalı üzrə fabrikdə yanğın baş vremişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti