...

Meksikada "donuz qripi" 20 nəfəri öldürdü

Dünya xəbərləri Materials 7 Fevral 2019 10:21 (UTC +04:00)
Meksika Səhiyyə Nazirliyi 2018-ci ilin oktyabrından "donuz qripin"dən ölənlərin sayının 20 nəfərə çatdığını bildirib.
Meksikada "donuz qripi" 20 nəfəri öldürdü

Bakı. Trend:

Meksika Səhiyyə Nazirliyi 2018-ci ilin oktyabrından "donuz qripin"dən ölənlərin sayının 20 nəfərə çatdığını bildirib.

Trend-in məlumatına görə, səhiyyə naziri Oliviya Arelyano deyib ki, bu virusdan ölənlərin hamısı peyvənd olunmamış şəxslər olub. Buna görə də nazir vətəndaşları kütləvi şəkildə "donuz qrpi"nə qarşı peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, "donuz qripi" ilk dəfə Meksikada 2019-cu ildə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti