Bakı. Rufiz Hafizoğlu - Trend:
Daha öncə İran İslam İnqilabının uğursuzluğunu proqnozlaşdıran qüvvələr bu gün İranın regionda və Yaxın Şərqdə mühüm dövlət olduğunu bildirir.
Trend-in məlumatına görə, bunu İran İslam İnqilabının 40 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı ölkənin Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Səfir bildirib: "Düz 40 il bundan əvvəl İran xalqı başda imam Homeyni olmaqla inqilab edib. İnqilabdan sonra İran regionda qüdrətli dövlətə çevrilib".
C.Cahangirzadə həmçinin əlavə edib ki, Azərbaycanın gündən-günə daha da güclü olmasını arzulayır.