...

Sabiq nazir müavini: Ermənistan baş nazirinin komandasında kadr aclığı var

Dünya xəbərləri Materials 18 Fevral 2019 16:28 (UTC +04:00)
Ermənistan baş nazirinin komandasında kadr aclığı var.
Sabiq nazir müavini: Ermənistan baş nazirinin komandasında kadr aclığı var

Bakı. Trend:

Ermənistan baş nazirinin komandasında kadr aclığı var.

Trend-in məlumatına görə, bunu Ermənistan milli təhlükəsizlik nazirinin sabiq müavini Qurgen Yegiazaryan deyib.

O bildirib ki, Dövlət Gəlirləri üzrə Komitənin sədr müavininin oğlu, 23 yaşlı təcrübəsiz Arutyun Maşadyanın Yerevan hərbi qarnizonunun prokuroru vəzifəsinə təyin edilməsi ölkədə hələ də yüksək vəzifəyə təyinat zamanı tanışlıq sisteminin mövcudluğundan xəbər verir: "Paşinyan anlamalıdır ki, hər şey bumeranq kimi qayıdır, necə Serj Sarksiyanda oldu".

Sabiq nazir müavini qeyd edib ki, problemləri həll etmək əvəzinə, baş nazir Nikol Paşinyan "beyinlərdə yoxsulluq" tezisini təkrarlayır: "Aydındır ki, bu, məsuliyyətdən qaçmaq cəhdidir. Hər şeydən əvvəl bank sistemində islahatlar aparmaq, heç olmasa Yerevanda iri zavodlar yaratmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti