...

Neapolda 30 mafioz saxlanıldı

Dünya xəbərləri Materials 18 Fevral 2019 17:35 (UTC +04:00)
İtaliyanın Neapol şəhərində Kamorra mafiyasına qarşı xüsusi əməliyyat keçirilib
Neapolda 30 mafioz saxlanıldı

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Neapol şəhərində Kamorra mafiyasına qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.

Sekuino klanına qarşı keçirilən əməliyyat zamanı atəş səsləri də eşidilib. Hadisə zamanı xəsarət alanlar olmayıb.

Saxlanılanlar barəsində hədə-qorxu yolu ilə pul vəsaitlərinin mənimsənilməsi, qanunsuz silah saxlama və narkotik vasitələrin yayılması kimi ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti