...

Naməlum şəxs Banqladeşdə sərnişin təyyarəsini ələ keçirib

Dünya xəbərləri Materials 24 Fevral 2019 19:21 (UTC +04:00)
Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib
Naməlum şəxs Banqladeşdə sərnişin təyyarəsini ələ keçirib

Bakı. Trend:

Banqladeşdə naməlum şəxs "Biman Bangladesh Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ələ keçirilən təyyarə Çittanqinqda ara enişi edəcək Dakka-Dubay reysini həyata keçirir.

Bildirilir ki, cinayətkar təyyarənin idarəetməsini ələ keçirmək istəyib. Yerli vaxtla təxminən saat 17:40-da təyyarənin pilotu Çittaqonq hava limanında təcili eniş edib.

"Reuters" agentliyinin məlumatına əsasən, 142 sərnişin təyyarədən çıxarılıb. "Gulf Business" qəzeti bildirir ki, təyyarənin göyərtəsində cinayətkardan əlavə 2 heyət üzvü və hüquq mühafizə orqanlarının əməkdaşları ola bilər.

Qeyd edilir ki, təhlükəsizlik qüvvələri hava limanını mühasirəyə alıblar.

Xəbər lenti

Xəbər lenti