...

Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb

Dünya xəbərləri Materials 25 Fevral 2019 05:38 (UTC +04:00)
Kanadanın Ontario vilayətində qasırğa nəticəsində 30 minə yaxın təsərrüfat, mağaza, dövlət strukturu elektrik enerjisiz qalıb.
Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb

Bakı. Trend:

Kanadanın Ontario vilayətində qasırğa nəticəsində 30 minə yaxın təsərrüfat, mağaza, dövlət strukturu elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, küləyin sürəti bəzi yerlərdə 120 km/s-a çatır (33 m/s).

Hydro One regional elektrik şəbəkə şirkəti bildirib ki, qəza briqadaları şəbəkələrdə baş verən problemləri arada qaldırır. İşlərin yekunlaşma müddəti dəqiqləşdirilmir.

Bundan başqa KİV-lər təbii fəlakət nəticəsində bir çox evə, reklam konstruksiyalarına, ziyanın dəydiyini qeyd edir. Xəsarət alan barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti