Bakı. Trend:
Bir qrup silahlı Əfqanıstan Silahlı Qüvvələrinin ölkənin cənubunda, Hilmənd vilayətində yerləşən bazasına hücum ediblər.
Trend-in məlumatına görə, hücum səhər saatlarında qeydə alınıb. 7 terrorçu-intiharçı daxil olmaqla, silahlıların sayının ən azı 27 nəfər olduğu deyilir.
Hilmənd vilayəti qubernatorunun ofisindən bildiriblər ki, 9 silahlı, o cümlədən 3 terrorçu zərərsizləşdirilib.
Silahlı Qüvvələrin ərazinin təmizlənməsi üzrə əməliyyatı davam edir.