Bakı. Trend:
Vensuelanın Bolivar ştatında "Sidor" elektrik yarımstansiyasında güclü yanğın baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, "Nacional" portalının dərc etdiyi kadrlarda güclü yanğın və tüstüləmə müşahidə edilir. Yanğın baş verən yarımstansiya ştatın paytaxtı Syudad-Bolivar şəhərinin yaxınlığında yerləşir.
Rəsmi hakimiyyət hadisəni hələlik şərh etməyib.