...

İsrail Qəzza zolağına zərbələr endirib

Dünya xəbərləri Materials 15 Mart 2019 06:28 (UTC +04:00)

Bakı. Trend:

İsrail Qəzza zolağında mövqelərə zərbələr endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağında terror obyektlərinə zərbələr endirir".

Bildirilir ki, zərbələr daha əvvəl Qəzza zolağından Tel-Əviv ərazisinə buraxılan raketlərə cavab olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti