Bakı. Trend:
Qazaxıstan parlamenti Senatının deputatları ölkənin birinci prezidentinin böyük qızı Dariqa Nazarbayevanı spiker seçiblər.
Trend-in məlumatına görə, yeni spikerin seçilməsi əvvəlki Senat sədri Kasım-Jomart Tokayevin Prezident vəzifəsinin icrasına başlaması ilə əlaqədardır.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev xalqa müraciətdə Qazaxıstan Prezidenti vəzifəsindən getdiyini açıqlayıb.
Ölkədə prezident seçkilərinin 2020-ci ildə keçirilməsi planlaşdırılır.