...

Botsvanalı kişi həyat yoldaşını öldürmək məqsədilə öz evinə təyyarəni çırpıb (VİDEO)

Dünya xəbərləri Materials 24 Mart 2019 18:07 (UTC +04:00)
Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evinə çırpıb.
Botsvanalı kişi həyat yoldaşını öldürmək məqsədilə öz evinə təyyarəni çırpıb (VİDEO)

Bakı. Trend:

Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evinə çırpıb.

Trend-in məlumatına görə, kişinin məqsədi həyat yoldaşını öldürmək olub.

"Eyewitness News" portalının məlumatına əsasən, mübahisə dünyaya gələcək uşağa həsr olunmuş yığıncaq zamanı baş verib. Mənbələrin məlumatına görə, kişi yoldaşı ilə kobud rəftar etdiyinə görə qonaqlar ondan yığıncağı tərk etməyi tələb ediblər. Yığıncağı tərk etdikdən sonra isə o təyyarəni öz evinə çırpıb.

Hadisə nəticəsində pilot ölüb. Digər insanlar isə vaxtında evi tərk etdiklərinə görə sağ qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti