...

İranda 100-ə qədər yüksək vəzifəli məmurun ikili vətəndaşlığı var

Dünya xəbərləri Materials 26 Mart 2019 14:14 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İran parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək vəzifəli məmur ikili vətəndaşlığa və “Green Card”a malikdir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:

"Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti