...

İsraildə parlament seçkiləri başlayıb – Netanyahu yenə də qalib gələcək?

Dünya xəbərləri Materials 9 Aprel 2019 09:40 (UTC +04:00)
İsraildə parlament seçkiləri başlayıb.
İsraildə parlament seçkiləri başlayıb – Netanyahu yenə də qalib gələcək?

Bakı. Trend:

İsraildə parlament seçkiləri başlayıb.

Trend-in məlumatına görə, seçkilərin nəticəsinə əsasən yeni hökumət formalaşdırılacaq və yeni Baş nazir təyin ediləcək.

Səsvermədə 6 milyondan çox seçici işitrak edir.

Qeyd edək ki, baş nazir Benyamin Netanyahunun əsas rəqibləri parlament seçkilərində İsraildə sağçıların 10 illik idarəçiliyinə son qoymaq üçün birləşməyi qərara alıblar.

"Hosen le-İsrael" və "Eş Atid" mərkəzçi partiyalarının liderləri - Baş Qərargahın sabiq rəisi Benni Hants və sabiq maliyyə naziri Yair Lapid isə uğur qazanacaqları təqdirdə növbə ilə hökumətə rəhbərlik edəcəklər. Digər sabiq Baş Qərargah rəisləri Moşe Yalon və Qabi Aşkenazi də bu bloka qoşulub.

B.Netanyahunun "Likud" partiyası isə ardıcıl dördüncü dəfədir ki hökumətə rəhbərlik etməyə iddialıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti