...

Britaniya parlamenti "Brexit"in iyunun 30-na keçirilməsini təsdiqləyib

Dünya xəbərləri Materials 10 Aprel 2019 00:04 (UTC +04:00)
Böyük Britaniya parlamentinin İcmalar Palatası baş nazir Tereza Meyin Avropa İttifaqından (Aİ) çıxma tarixinin aprelin 12-dən iyunun 30-na keçirilməsi planını bəyənib.
Britaniya parlamenti "Brexit"in iyunun 30-na keçirilməsini təsdiqləyib

Bakı. Trend:

Böyük Britaniya parlamentinin İcmalar Palatası baş nazir Tereza Meyin Avropa İttifaqından (Aİ) çıxma tarixinin aprelin 12-dən iyunun 30-na keçirilməsi planını bəyənib.

Trend-in məlumatına görə, 420 parlament üzvü bu addımın leyhinə, 110 parlament üzvü isə əleyhinə səs verib.

Qeyd edək ki, daha öncə Mey Avropa İttifaqından "Brexit"in iyunun 30-na keçirilməsini istəyib, Aİ isə krallığın çıxmasını gələn ilin martına keçirməyi təklif edib.

Qərar şənbə günü Avropa Şurasının icalasında qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti