...

Sudanda bir ay komendant saatı tətbiq olunacaq

Dünya xəbərləri Materials 12 Aprel 2019 00:29 (UTC +04:00)
Sudanın hərbi hakimiyyəti ölkədə komendant saatının tətbiq olunmasını elan edib.
Sudanda bir ay komendant saatı tətbiq olunacaq

Bakı. Trend:

Sudanın hərbi hakimiyyəti ölkədə komendant saatının tətbiq olunmasını elan edib.

Trend-in məlumatına görə, komendant saatı yerli vaxtla 22:00-dan 04:00-dək təyin olunub. Hərbçilər qeyd edib ki, bu sərəncam bir ay ərzində qüvvədə olacaq.

Xatırladaq ki, aprelin 11-də Sudan hərbçiləri ölkə prezidenti Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdırıb. Bundan öncə ölkədə əhali tərəfindən aylarla etiraz aksiyaları keçirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti