...

Hindistanda təbii fəlakətdən ölənlərin sayı 60-ı keçib

Dünya xəbərləri Materials 18 Aprel 2019 11:56 (UTC +04:00)
Hindistan qasırğa və daşqınlar nəticəsində həlak olanların sayı 64 nəfərə çatıb
Hindistanda təbii fəlakətdən ölənlərin sayı 60-ı keçib

Bakı. Trend:

Hindistan qasırğa və daşqınlar nəticəsində həlak olanların sayı 64 nəfərə çatıb.

Trend-in məlumatına görə, ən çox itki Madhya-Pradeş və Racasthan ştatlarında qeydə alınıb.

Qasırğa həmin regionlarda elektrik enerjisinin kəsilməsinə və əkin sahələrinin məhvinə səbəb olub.

Ən çox ölüm halları isə ağacların aşması, ildırım vurması və elektrik cərəyanı vurması nəticəsində qeydə alınıb.

Ölkənin baş naziri Narendra Modi təbii fəlakətdən zərər çəkənlərə 50 min rupi (720 dollar) maliyyə yardımı ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti