...

"Exit Poll": Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir

Dünya xəbərləri Materials 21 Aprel 2019 21:33 (UTC +04:00)

Bakı. Trend:

Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində "exit poll"un ilkin nəticələrinə görə qalib gəlir.

Trend xəbər verir ki, saat 18:00-a olan vəziyyətə görə, Zelenski 73,2%, Poroşenko isə 25,3% səs toplayıb.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti seçkilərinin ikinci turu baş tutub. Seçkilərdə ölkənin hazırki prezidenti Petro Poroşenko və ilk turun lideri Vladimir Zelenski iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti