...

Pilotlar tətil etdi - 280 reys təxirə salındı

Dünya xəbərləri Materials 1 May 2019 15:34 (UTC +04:00)
Skandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb
Pilotlar tətil etdi - 280 reys təxirə salındı

Bakı. Trend:

Skandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb.

Trend-in məlumatına görə, pilotlar əmək haqqının artırılması tələbi ilə ötən həftənin cümə günündən tətil elan edib.

Etiraz aksiyası ümumilikdə 3300-dən çox reysin təxirə salınmasına səbəb olub.

Hazırda pilot həmkarlar təşkilatları şirkət rəhbərliyi ilə danışıqlar aparır.

Qeyd edək ki, SAS İsveç, Norveç və Danimarkanın birgə aviaşirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti