Bakı. Trend:
Mayın 15-də Nyu Yorkda helikopter Qudzon çayının sularına təcili eniş edib.
Trend-in məlumatına görə, bu barədə "ABC" telekompaniyası bildirib.
Məlumata əsasən, Nyu York Polis İdarəsinin gəmiləri helikopteri pirslərin birinə tərəf aparıblar. Hal-hazırda onu sudan çıxarmağa çalışırlar.
Helikopterdə olan adamların sayı barədə məlumat verilməyib.