...

Buenos-Ayresdə ticarət mərkəzi təxliyə olunur

Dünya xəbərləri Materials 21 May 2019 01:44 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos-Ayresin San İsidro rayonunda partlayış təhlükəsinə görə ticarət mərkəzində təxliyə işləri aparılır.
Buenos-Ayresdə ticarət mərkəzi təxliyə olunur

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayresin San İsidro rayonunda partlayış təhlükəsinə görə ticarət mərkəzində təxliyə işləri aparılır.

Trend-in məlumatına görə, bunu bələdiyyə başçısı Qustavo Posse deyib. Onun sözlərinə görə, hadisə yerində istehkamçı, mülki müdafiə xidmətləri və yanğınsöndürənlər işləyir.

Qeyd edək ki, daha öncə Argentina polisi Kasa Rosadada (prezident sarayı) və deputatlar palatasında mümkün bombalar barədə zənglər alıb.

Ölkə hakimiyyəti bu cür halların nəticələrinin minimallaşdırılması barədə müzakirələr aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti