...

Parisdə qvineyalı siyasətçidən 45 milyon avroluq brilyant oğurlayıblar

Dünya xəbərləri Materials 24 May 2019 02:27 (UTC +04:00)

Bakı. Trend:

Parisdə Qvineyanın yaşıllar partiyasından prezidentliyə sabiq namizədindən 45 milyon avro dəyərində brilyant oğurlayıblar.

Trend-in məlumatına görə, qvineyalı Mari-Madlen Diubate Parisin 8-ci dairəsində "Warwick" hotelində daşı qiymətləndirəcək iki nəfərlə görüşməli idi. Kişilər özlərini rusiyalı gemmoloqlar kimi təqdim ediblər.

"Ekspertlər" brilyantı qiymətləndiriblər və onun dəyərinin 45 milyon avro olduğu barədə Diubateyə sertifikat veriblər. Daha sonra isə cinayətkarlar brilyantı saxtası ilə əvəz edib, onu oğurlayıblar.

Siyasətçi qadın aldadıldığını başa düşsə də, kişilər hadisə yerindən qaçmağa nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti