...

Fransada "sarı jiletlər"in aksiyasında 12,5 min insan iştirak edib

Dünya xəbərləri Materials 26 May 2019 05:39 (UTC +04:00)
Fransada "sarı jiletlər"in etiraz aksiyasında 12,5 min insan iştirak edib
Fransada "sarı jiletlər"in aksiyasında 12,5 min insan iştirak edib

Bakı. Trend:

Fransada "sarı jiletlər"in etiraz aksiyasında 12,5 min insan iştirak edib.

Trend-in "France Info"ya istinadən verdiyi məlumata görə, ölkənin paytaxtı Parisdə aksiyalara 2,1 min insan qoşulub.

Parislə yanaşı etiraz aksiyaları Amyen, Kan, Belfor, Tuluz və bir sıra digər şəhərlərdə keçirilib. Lion şəhərində aksiyalarda 3 min insan iştirak edib.

Bildirilir ki, ötən həftə keçirilən etiraz aksiyalarında ölkə üzrə 15,5 min insan iştirak edib. Paytaxta etiraz aksiyalarına 1,6 min insan qoşulmuşdu.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Xəbər lenti

Xəbər lenti