...

Çində daşqınlar 2 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 2 İyun 2019 14:53 (UTC +04:00)

Bakı. Trend:

Çinin Yançun şəhərində (Quandun əyaləti) daşqınlar nəticəsində üçmərtəbəli bina dağılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, binanın dağılması nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.

Bildirilir ki, hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər axtarışları davam etdirirlər.

Qeyd edilir ki, daşqınlar bi neçə gün davam edən leysan yağışları nəticəsində meydana gəlib.

Xəbər lenti

Xəbər lenti