...

Türkiyə hərbçiləri PKK terrorçulara məxsus çox sayda silah-sursat ələ keçiriblər

Dünya xəbərləri Materials 8 İyun 2019 01:14 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus çox sayda silah, sursat və partlayıcı qurğular ələ keçiriblər
Türkiyə hərbçiləri PKK terrorçulara məxsus çox sayda silah-sursat ələ keçiriblər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus çox sayda silah, sursat və partlayıcı qurğular ələ keçiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Kərkük rayonunda aparılan xüsusi əməliyyat zamanı terrorçulara aid sığınacaq və iki mağara aşkar edilib: "Sığınacaq və mağaralarda 470 ədəd silah-sursat, 34 detonator, 10 ədəd əleyqaz, tibbi avadanlıqların olduğu çanta, sənədlər, qidə məhsulları aşkar edilib".

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti