...

Tramp: Si Cinpin G20 sammitinə gəlməsə, yeni rüsumlar tətbiq edəcəm

Dünya xəbərləri Materials 11 İyun 2019 11:38 (UTC +04:00)
Çin lideri Si Cinpin G20 sammitinə gəlməsə ABŞ Çin məhsullarına yeni rüsum tətbiq edəcək
Tramp: Si Cinpin G20 sammitinə gəlməsə, yeni rüsumlar tətbiq edəcəm

Bakı. Trend:

Çin lideri Si Cinpin G20 sammitinə gəlməsə, ABŞ Çin məhsullarına yeni rüsum tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

D.Tramp jurnalistlərin rüsumların tətbiq olunması ilə bağlı sualına cavab olaraq qısaca “Bəli, olacaq” deyib.

Bir müddət əvvəl Tramp administrasiyası Çindən 200 milyard dollar həcmində məhsul idxalına 25 faiz rüsum tətbiq etmişdi. Növbəti mərhələdə 300 milyard dollar həcmində məhsula rüsumun artırılması planlaşdırılır.

Qeyd edək ki, G20 sammiti iyunun 29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti