Bakı. Trend:
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp G20 sammiti çərçivəsində “ayaqüstü görüş” keçirə bilərlər.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Eyni zamanda o bildirib ki, görüşlə bağlı ABŞ tərəfindən hər hansı bir təklif gəlməyib.
Bundan əvvəl D.Tramp rusiyalı həmkarı ilə görüşü istisna etməmişdi.
Qeyd edək ki, G20 sammiti iyunun 27-28-də Yaponiyanın Osaka şəhərində keçiriləcək.