Bakı. Trend:
Avstraliyada bioloqlar yeni növ hörümçək aşkar ediblər.
Trend-in məlumatına görə, hörümçəyin qeyri-adi görünüşü bioloqlara bu il vəfat etmiş modelyer Karl Lagerfeldi xatırladıb.
Qeyd olunur ki, hörümçəyin göy-qara gözləri modelyerin daim taxdığı gözlüyə, ayaqlarının ucundakı ləkələr isə qara əlcəklərə bənzəyir.
Bunu əsas gətirərək bioloqlar yeni tapılan hörümçək növünə “Jotus karllagerfeldi” adını veriblər.
Yeni hörümçəklər 4-5 millimetr uzunluğundadır.