...

"Google"un işində nasazlıq yaranıb

Dünya xəbərləri Materials 5 İyul 2019 05:25 (UTC +04:00)
Bir sıra ölkələrdə "Google"dan istifadədə problemlər yaranıb
"Google"un işində nasazlıq yaranıb

Bakı. Trend:

Bir sıra ölkələrdə "Google"dan istifadədə nasazlıq yaranıb.

Trend xəbər verir ki, bu barədə məlumat məşhur internet resurslarının işini izləyən "Downdetector" xidmətinin səhifəsindən əldə olunub.

Məlumata görə, xidmətlərdə problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə təqribən 20:21-da başlayıb.

ABŞ və Yaponiya sakinləri digər yerlərə nisbətdə daha tez-tez şikayətlənirlər, problemlər Avropadan olan istifadəçilərdə də müşahidə olunur.

İstifadəçilərin 53% sayta avtorizə oluna bilmir, 46%-i isə axtarış funksiyasından yararlana bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti